Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın şagirdləri “Azərbaycan İES”-ə ekskursiya ediblər

110

8 may tarixində Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın bir qrup müəllim və şagird heyəti Azərbaycan İstilik Elektrik Stansiyası (İES) Baş İdarəetmə Mərkəzinə ekskursiya ediblər.

Gimnaziyanın direktoru Pərvanə Tahirova tərəfindən MI.NEWS.AZ saytına verilən məlumata əsasən eksursiya zamanı Gimnaziyanın bir qrup kollektivi “Azərbaycan İES”-in istehsalat sahəsi, kimya sexi və laboratoriyası ilə yaxından tanış olub, laboratoriya şəraitində tullantı suların çikləndiricilərdən təmizlənməsi  üsulları  barədə  praktiki  olaraq  məlumatlandırılıb.

“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynova yaradılan şəraitə görə minnətdarlığını ifadə edən Gimnaziyanın direktoru Pərvanə Tahirova həmçinin texniki təhlükəsizlik üzrə rəisi Aqil Mahmudova, xüsusi bölmənin rəisi Emin Paşayevə gimnaziya şagirdlərinə “Azərbaycan İES”-in yaranma tarixi, iş fəaliyyəti haqqında ətraflı məlumat verdikləri üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan Gimnaziyada şagirdlərin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilir. Gimnaziyanın rəhbəri Pərvanə Tahirova  şagirdlərin peşə ixtisasları istiqamətində maarifləndirilməsi üçün bu kimi ekskursiyaların  təşkilinə önəm verir  və  diqqət  mərkəzində  saxlayır.

Şərhlər bağlıdır.