Generalların and yeri
Ehtiyatda olan general-mayor Novruzəli Orucov və Natiq Əliyev Heydər Əliyevin və Zərifə Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirirlər
Bu günlərdə minlərlə insanın yolu fəxri xiyabana doğru uzanır. Bu adamlar yubileylərinin 100 illiyi tamam olacaq Ümummilli Lider Heydər Əliyevin və həyatının bütün çətin məqamlarında onunla sınaqlardan çıxmış akademik Zərifə xanım Əliyevanın xatirələrinə bir daha ehtiramlarını bildirirlər. Ehtiyatda olan general-mayor Novruzəli Orucov və Natiq Əliyevin də bu ziyarətgahlar and yeridir.
Hərbçilərimiz hələ sovet dönəmindən bəri şərəfli həyat yolu keçiblər. Onlar odlardan-alovlardan çıxıb, döyüşlərdə və cəbhələrdə mərdlik nümunələri göstərib, bir sözlə Ali Baş Komandanlarımızın daim sədaqətli əsgəri olduqlarını sübut ediblər. Hər iki general-mayor abidələr önünə gül-çiçək dəstələri düzərkən ömür kitablarına daha bir unudulmaz anı yazıblar.
Şərhlər bağlıdır.