Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin rektoru Qazax Milli Aqrar Tədqiqat Universitetində olub

464

2022-ci ilin 15 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Almatı şəhərində yerləşən Qazax Milli Aqrar Tədqiqat Universitetində (Kazakh National Agrarian Research University – KazNARU) olub. Ş.Bayramov KazNARU-nun rektoru akademik Tlektes Espolov ilə görüşüb.

Qonağı salamlayan T.Espolov rəhbərlik etdiyi universitetin tarixi, ölkənin ali təhsil sistemində və beynəlxalq reytinqlərdə mövqeyi, tədqiqat istiqamətləri və kadr potensialı barədə məlumat verib. KazNARU-nun dünya universitetlərinin QS reytinqində 481-ci yeri tutduğunu qeyd edən T.Espolov əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Dost Qazaxıstanın nüfuzlu ali təhsil müəssisəsində olmaqdan məmnunluğunu ifadə edən Ş.Bayramov MDU-nun strateji hədəfləri və fəaliyyət prioritetlərindən bəhs edib, son dövrdə universitetin modernləşdirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb və beynəlxalq əməkdaşlığın önəmini vurğulayıb.

Görüşdə MDU-nun rektoru Ş.Bayramovun “KazNARU-nun 90 illiyi” medalı ilə təltif olunması barədə məlumat verilib. Sonra yubiley medalı və müvafiq sertifikat ona təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Səfər çərçivəsində Ş.Bayramov KazNARU-nun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və innovasiya mərkəzləri ilə tanış olub

Daha sonra, KazNARU-nun prorektorları, dekanları və institut direktorlarının iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masa zamanı KazNARU-nun tanıtım videosu izlənilib, universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə iştirakla bağlı təcrübə mübadiləsi, ekologiya, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, bundan öncə MDU ilə Qazaxıstanın Ahmet Yesevi Universiteti və Abay Universiteti arasında əməkdaşlığın əsası qoyulub.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.