Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Meksikanın 60 min əhalisi olan şəhəri ilə qardaşlaşır

Bu barədə Mingəçevir şəhərində səfərdə olan Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini deyib

643

Səfiri qəbul edən Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin keçmişi və bu günü, idman, təhsil və mədəni həyatı, turizm imkanları barədə  məlumat verib. Eyni zamanda 90-cı illərdə Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğalı zamanı yurd-yuvalarından didərgin düşənlərin 20 mindən çoxunun Mingəçevirdə məskunlaşdığını, 2-ci Qarabağ Müharibəsi zamanı Mingəçevirin də raket hücumlarına məruz qaldığını diqqətə çatdırıb. Başçı meksikalı iş adamlarını Mingəçevir Sənaye Parkında və Su hövzəsi ətrafında həyata keçirilən layihələrdə iştirak etməyə də çağırıb.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanda səfirlik fəaliyyəti dövründə Mingəçevir şəhərinə ikinci dəfə gəldiyini bildirib. Onun ilk gəlişi zamanı şəhərdə meksikalı rəssamın sərgisi də təşkil olunmuşdu.
Səfir deyib ki, Azərbaycanla Meksika arasında ticarət əlaqələri ildən illə artır. Azərbaycana əsasən neft sənayesi avadanlıqları göndərilir: “Pandemiya dövründə əksər ölkələrlə mal dövriyyəsi 30 %-ə qədər azalmışdı, amma sizin ölkə ilə azalma faizi cəmi 4% təşkil etdi. 2016-cı ildə Meksikadan Azərbaycana yalnız 5 nəqliyyat vasitəsi iixrac edilmişdi və bu, ümumi ticarət dövriyyəsinin 1%-ni təşkil edirdi. İndi isə avtomobil və ehtiyat hissələrinin çəkisi 50% təşkil edir. Meksika pivəsi də Azərbaycanda çox məşhurdur”. Meksikalı qonaq diqqətə çatdırıb ki, bu gün həər iki ölkə arasında  münasibətlər təkcə paytaxt səviyyəsində deyil, həm də bölgələr üzrə inkişaf edir: “Bu məqsədlə də 60 min nəfər əhalinin yaşadığı və turizm şəhəri kimi tanınan Proqreso De Kastronun Mingəçevir ilə qardaşlaşmış şəhərə çevrilməsi üçün bütün imkanlardan istifadə edəcəyik”.
Günün ikinci yarsında səfir şəhərlə tanış olub, H.Əliyev Mərkəzinə, “Dövlət rəmzləri” Muzeyinə, Gənclər Evinə, “Mingəçevir Tekstil”, “HTECH İnvest” MMC-lərə  və Mingəçevir Su Anbarı ətrafına baş çəkib.

 

 

Şərhlər bağlıdır.