Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib

Seçki Komissiyası ən çox səs toplayan 7 nəfəri İctimai Şuranın üzvü elan edib

724

Avqustun 27-də Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuraya seçkilər keçirilib.  Prosesə 13 namızəd (mediadan 2, QHT-lərdən 9 və məhəllə komitələrindən 2 nümayəndə) qatılıb. Onlar 7 yer uğrunda mübarizə aparıblar. Saat 10-da başlayan və 12-də bitən seçkidə 143 nəfər səs verib. 2 bülleten istifadə olunmamış qalıb.

Səssaymadan sonra nəticələr elan olunub:

  1. Cəfərov Oktay İsa oğlu (“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi Mingaçevir filialının sədri)- 55 səs.
  2. Həsənli İxtiyar Abbas oğlu (“Azərbaycan Bələdiyyəsi” ictimai-siyasi onlayn qazetinin xüsusi müxbiri)- 56 səs.
  3. Həsənov Natiq Nəriman oğlu (Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin sədr müavini)-53 səs.
  4. Xəlilov Ağahüseyn Mirzəhüseyn oğlu (“Türk binası” məhəllə komitəsinin sədri)-46 səs.
  5. İlyasova Dilşad İlyas qızı (Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı Mingəçevir şəhər filialı Idarə Heyətinin üzvü)- 41 səs.
  6. Kərimov Əliqismət Ələkbər oğlu (“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri) – 65 səs.
  7. Kərimov Süleyman Salman oğlu (“Puşkin-7” məhəllə komitəsinin üzvü)-12 səs.
  8. Məlikov Mehman Turac oğlu (“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi Mingəçevir filialının sədri)- 96 səs.
  9. Nabiyev Vüsal Şahin oğlu (Azərbaycan Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şəhər filialının üzvü)-30 səs.
  10. Nasibov Aydın Qoca oğlu (Qızıl Aypara Cəmiyyəti Mingəçevir Regional Mərkəzinin koordinatoru)- 45 səs.
  11. Səfərov Sübhan Ədil oğlu (Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir şəhər şöbəsinin idarə heyətinin üzvü) – 50 səs.
  12. Soltanov Xəlil Məmməd oğlu (Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İB-nin Mingəçevir şəhər filialının üzvü) – 34 səs.
  13. Sirinli İnqilab Xosrov oğlu (“Kanal-32” Media Şəbəkəsinin baş direktoru) – 50 səs.

Seçki Komissiyasının qərarı ilə aşağıdakılar Mingəçevir Bələdiyyəsi yanında İctimai Şuranın üzvləri elan ediliblər:

  1. Məlikov Mehman Turac oğlu
  2. Kərimov Əliqismət Ələkbər oğlu
  3. Həsənli İxtiyar Abbas oğlu
  4. Cəfərov Oktay İsa oğlu
  5. Həsənov Natiq Nəriman oğlu
  6. Səfərov Sübhan Ədil oğlu
  7. Sirinli İnqilab Xosrov oğlu.

 

Şərhlər bağlıdır.