Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Yaşar Muradov və Ə.Şıxlıniski küçələrinə asfalt döşənir

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə  daim diqqət mərkəzində saxlanılır. Son 2 ildə  şəhər  rəhbərliyi  tərəfindən əhalinin fərdi qəbullarda, səyyar görüşlərdə səsləndirdiyi fikirlərə, qaldırdığı məsələlərə operativ şəkildə baxılması, problemlərin həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi və icra vəziyyətinin yoxlanılması  bunun bariz nümunəsidir.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 3-də sağ sahil qəsəbəsində sakinlərlə növbəti görüşü zamanı onu da bildirib ki, hər bir ciddi təklif şəhərin tədbirlər planına  salınır və imkan olan kimi işlərə başlanılır: “Qəsəbənin Yaşar Muradov və Ə.Şıxlıniski  küçələrində  asfaltlanma və abadlıq işlərinə də bu təkliflərdən sonra başlamışıq”.

İşlərin gedişi ilə tanış olan başçı mövcud ərazidə sahibsiz itlərin   zərərsizləşdirilməsi və ev heyvanlarının küçələrə buraxılmasının qarşısının alınması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını da verib.

Şərhlər bağlıdır.