Cəmiyyət

Şəhid ailələri üçün Mingəçevirdə yeni evlər tikilir

Şəhid Teymur Qasımovun ailəsinin yaşadığı fərdi yaşayış evi köhnə tikili olduğundan yararsız vəziyyətdə idi

2016-cı ilin aprel döyüşlərində şəhid olan Adil Adilzadənin və Teymur Qasımovun ailələri üçün Mingəçevirin müxtəlif ünvanlarında yeni mənzillər inşa edilir. Hazırda fasad hissəsində suvaq işləri aparılır. İş icraçısı Ziyad Ağayev deyir ki, yaxın günlərdə dam örtüyü vurulacaq: “Yeni bir dizaynda, 1 mərtəbəli, 3 otağı, mətbəx və hamamı olan ev inşa olunur”.

Şəhid Teymur Qasımovun ailəsinin yaşadığı fərdi yaşayış evi köhnə tikili olduğundan yararsız vəziyyətdə idi. Elə bu səbəbdən köhnə ev sökülərək, yenisi inşa olunur. Bu ilin iyul ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərini bütün məişət təminatı ilə təchiz olunan yeni fərdi sahələri ilə əvəz etmək barədə göstəriş vermişdi.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close