Mingəçevir Bələdiyyəsi daha bir məhəlləni abadlaşdırdı
Mingəçevir Bələdiyyəsi H.Əliyev, İ.Qayıbov və H.Aslanov küçələrinin kəsişdiyi ərazidə nümunəvi məhəllə yaradıb. Açılış mərasiminə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da qatılıb
Məhəllə Komitəsinin sərdi Validə Əlizadə yerli bələdiyyəyə təşəkkür edib və deyib ki, siz ən böyük sevinci uşaqlara bəxş etmişiniz: “Burdakı əyləncələrə görə digər məhəllələrin uşaqları da bizim əraziyə gəlirlər. Yaşlı nəsil üçün də yaxşı şərait yaratmısınız”.
Bələdiyyənin əməkdaşı Zahid Qasımlı nümunəvi məhəllənin dövlət tərəfindən bələdiyyəyə ayrılmış dotasiya hesabına ərsəyə gəldiyini bildirib: “Burada uşaqlar üçün əyləncə, böyüklər üçün idman qurğuları, dörd ədəd kölgəlik və oturacaqlar quraşdırdıq. Basketbol meydançası salındı, stadionun kənarlarına ağaclar əkildi”
Başçı ərazidə yaşayan sakinlərdən məhəllədə quraşdırılan avadanlıqlara sahib çıxmağı, əkilən ağaclara qayğı göstərməyi xahiş edib və şəhərdə aparılan işlərə diqqəti çəkib. O, Kür çayının sahilində pərakəndə şəkildə toplaşan qayıqların yan alması üçün planlı şəkildə limanın tikildiyini deyib, parkın ərazisində adamların istirahətinə xələl gətirən mövsümi qurğuların yığışdırılıb başqa ərazilərə aparılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib.
Şərhlər bağlıdır.