Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazası yaradıldı

Azərbaycan höküməti ilə Çin hökuməti arasında iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında 8 dekabr 2014-cü ildə bağlanmış  “Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi başa çatıb.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib. Onun dediyinə görə, layihə çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş zəruri avadanlıqlar aidiyyəti üzrə ASC-də quraşdırılıb. Eyni zamanda Səhmdar Cəmiyyətin əməkdaşları üçün SuperMAP proqram təminatının mənimsənilməsi üzrə təlimlər keçirilib.

O da bildirilib ki, layihənin yekunlaşması münasibəti ilə avqust ayının 31-də sifarişçi (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) və icraçı (ÇXR-in “AVİC-İNTL” Layihə Mühəndislik Şirkəti) arasında müvafiq sənədlər imzalanıb,  iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

Şərhlər bağlıdır.