Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə zəncirvari yol qəzası olub, xəsarət alan var

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsindəki yol kəsişməsində baş verib. Qəza “Vaz 2111”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub.

Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır.