Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da növbəti ustad dərs: Biznesin idarə edilməsinin müasir problemləri

10

2023-cü ilin noyabrın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) dəstəyi ilə növbəti ustad dərs keçirilib.

MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərs “Biznesin idarə edilməsinin müasir problemləri” fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü və “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə AHBVU İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Metehan Tolon mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Sözügedən ustad dərsin təşkilinə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer dəstək göstərib.

Şərhlər bağlıdır.