Xaldan kənd kompleks tam orta məktəbində “Sağlam gələcəyin sağlam qidalanmadan asılılıq modeli” mövzusunda elmi- praktik seminar keirilib.
Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7- ci qrant” müsabiqəsinin qalibi olan “Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi çərçivəsində “Sağlam gələcəyin sağlam qidalanmadan asılılıq modeli”
mövzusunda elmi- praktik seminar keirilib. Seminarda Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının bir qrup akademik heyəti və tələbələri məruzələrlə çıxış edib.
Layihəyə cəlb olunan təhsilalanlar, təhsilverənlər və valideynlərin iştirak etdiyi konfransı giriş sözü ilə açan Xaldan kənd kompleks tam orta məktəbin direktoru, layihə rəhbəri Günel Yusifzadə layihəyə haqqında ətraflı məlumat verdikdən sonra, göstərdiyi dəstək üçün Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müdiri, dosent Təranə Yusibovaya o cümlədən akademik heyətə və tələbələrə minnətdarlığını bildirib.
Layihənin ekologiya ilə biləvasitə əlaqəsindən danışan dosent Təranə Yusibova, sözügedən layihənin Xaldan kənd kompeks tam orta məktəbi ilə yanaşı digər məktəblər üçündə faydalılığından bəhs edib, layihə rəhbərinə və iştirakçılarına uğurlar arzulayıb.
Layihənin eksperti “Abral Academy” təhsil mərkəzinin layihələr üzrə koordinatoru Aynur Quliyeva layihə çərçivəsində görülən işlərdən və qarşıda duran məqsədlərdən danışıb.
Konfransın moderatoru layihənin təlimçisi, MDU Fizika və Ekologiya kafedrasının müəllimi Aytac Cavadova seminarın gündəliyini tədbir iştirakçılarının diqqətinə çadırdıqdan sonra məruzələr dinlənilib.
Aytac Cavadova :”Cəmiyyətin sağlam inkişafında mühüm olan meyarlar”, Fizika və Ekologiya kafedrasının müəllimi Leyla Əhmədova “Əhalinin qidalanmasının keyfiyyəti ilə onun xəstələnməsi halları arasındakı əlaqə”, MDU Ekologiya ixtisası, E20 saylı qrup tələbəsi Leyla Qədirzadə “Qidaların hazırlanmasına kömək edən kimyəvi maddələr”, Ekologiya ixtisası, E20 saylı qrup tələbəsi Səbinə Camalova “Düzgün və balanslı qidalanma insan sağlamlığının başlıca meyarları kimi”, Ekologiya mühəndisliyi ixtisası, EM21 saylı qrup tələbəsi Məleykə Həziyeva “Şəxsiyyət konsepsiyasının alıcı davranışına təsirləri” məruzələri ilə çıxış ediblər.
Qeyd edək ki, Elmi -Praktiki konfrans “Məktəbdə təhsilalan, təhsilverən və valideyn əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” layihəsi çərçivəsində həyata keçirilib.
Şərhlər bağlıdır.