Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mayın 10-da Mingəçevirdə silsilə tədbirlər keçirilib

Səhər tezdən Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və bir sıra vəzifəli şəxslər, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsinin qarşısına toplaşıblar. Onlar abidəni ziyarət edərək önünə tər güllər qoyublar.
***
Bundan sonar əsaslı təmiri başa çatdırılmış İsmət Qayıbov adına tam orta məktəblə və “Qərənfil” uşaq bağçası ilə tanışlıq olub.
Niyazi Bayramovu İsmət Qayıbov adına 10 saylı məktəbin direktoru Xumarə Mikayılova qarşılayıb, başçıya məktəbin əsaslı təmirindən sonrakı vəziyyəti barədə məlumat verib. Qonaqlar komputer otağı, akt zalı, biologiya və kimya kabinetləri, yeməkxana, kitabxana, oxu zalı və sinif otaqlarını gəziblər. Məktəbin keçmiş və indiki vəziyyətini əks etdirən maketə baxılıb. 2-ci mərtəbədə yerləşən mükafatlar stendi ilə maraqlanan başçıya məlumat verilib ki, burada məktəbin indiyə kimi əldə etdiyi nailiyyətlər nümayiş etdiriləcək.
10 saylı “Qərənfil” uşaq bağçasına gələn İcra başçısı təmirdən sonrakı vəziyyətlə tanış olub. Təmir barədə ətraflı məlumat verən bağçanın müdirəsi Natavan Cəfərova ictimaiyyət nümayəndələrini uşaqların yataq otağı, yeməkxana, oyun zalı, yeni tikilən hovuzla tanış edib. Təmirdən razılığını ifadə edən Niyazi Bayramov bağça uşaqlarının ifasında bədii kompozisiyaya da tamaşa edib.
Mayın 10-da 9 saylı orta məktəbin yaxınlığındakı ərazidə özəl uşaq bağçasının təməl qoyma mərasimi də olub. Mərasimdə iştirak edən Niyazi Bayramov uşaq bağçasının yüksək keyfiyyətlə tikilməsi və vaxtında istifadəyə verilməsi barədə göstərişlərini verib.
“Güllü bağ” kimi tanınan əraziyə gələn N.Bayramova bağda aparılan işlər barədə ətraflı məlumat verilib və bildirilib ki, döşəmə, lampalar, oturacaqlar və yeni fəvvarə sakinlərin istifadəsinə verilib.
***
Bu dəfə Mingəçevirdə “Gül bayramı” “Dostluq” parkında qeyd edilib. Açıq səma altında güllərdən təşkil olunmuş müxtəlif əsərlər, Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən kitab sərgisi nümayiş etdirilib. Parkda gənc qızlar rəqs bacarıqlarını göstəriblər. Şəhərin tanınan mahnı ifaçılarının iştiraki ilə konsert proqramı təşkil edilib. Konsertdə “Toylar Kralı”nın qalibi Nəriman Mingəçevirli, “Mingəçevir” qrupu və digər musiqiçilər şəhər sakinlərinin ruhunu oxşayan mahnılar ifa ediblər.

Bayram şənliyində Şəhər İcra Hakimiyyətinin başçısı və aparatın əməkdaşları, idarə, təşkilat, müəsisə kollektivləri, şəhər sakinləri və qonaqlar iştirak ediblər.

Babək Alıyev,

Şərhlər bağlıdır.