“Məsumların tövsiyələri və dini bayatılar haqqında” kitabının müəllifi gənclərlə görüşüb
Dekabrın 8-də Mingəçevir Media Mərkəzində “Məsumların tövsiyələri və dini bayatılar haqqında” kitabının müəllifi Sərdar Xankişiyevlə gənclərin görüşü olub. Kitabında 570-dən cox bayatıya yer ayırdığını bildirən S.Xankişiyev deyib ki, bu kəlamlar vətənə bağlılıq, vallideynə və ailəsinə hörmət, ən başlıcası isə Allaha, peyğəmbərə məhəbbət hissindən yaranıb.
İlahiyyatçı Pünhan Hüseynov diqqətə çatdırıb ki, ilk təhsillərini mədrəsədə alan M.Füzulu, S.Ə.Şirvani, M.Ə.Sabir kimi şəxsiyyətlər də Allah, peyğəmbər və əhli-beyt barəsində çoxlu seirlər qələmə aliblar. İlahiyyatçı Cavid Mustafayev gənclərə deyib ki, gəlin şairin kəlamlarına diqqətlə qulaq asıb, özümüz üçün nəticə çıaxaraq: “Yəni zamanın, omrün dəyərini bilək, səvdiklərimizə vaxt ayıraq, düzgün həyat sürək, Vətənə, dövlətə yararlı olaq”.
13 saylı Kəlbəcər köçkün məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Samir Şükürov Sərdar müəllimi yeni və məzmunlu kitabına görə təbrik edib: “Min səhifəyə sığmayan ideologiyanı, dini dəyərlərimizi yeddi hecalı dörd misralıq bayatıda, bir-iki səhifəlik məqalədə təqdim etmək hər kəsin hünəri deyil. Sərdar müəllim bunun öhdəsindən məharətlə gəib”.
Görüşdən sonra müəllifin imzası ilə kitabları gənclərə hədiyyə olunub. Maraqlı görüş və mzakirə şirniyyat süfrəsi ətrafında başa çatıb.
Şərhlər bağlıdır.