“Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah”
Oktyabrın 12-də Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Mənəvi dəyərlərimiz – dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev seminar-treninqin ictimaiyyət arasında mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə təşkil edildiyini və bu kimi tədbirlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun yaradılması və fəaliyyəti haqqında məlumat verib, diqqəti gənclərin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə yetişdirilməsinin vacibliyinə yönəldib.
Azərbaycan multikultralizmi və mənəvi dəyərlər əlaqəsindən bəhs edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov multikultural dəyərlərimizin mənəvi dəyərlərimizlə sıx bağlı olduğunu və bu dəyərlər sisteminin gələcək nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Şəhər ziyalılarının və müəllimlərin, MDU, Turizm və Tibb Kollecləri tələbələrinin iştirak etdiyi tədbirdə Mingəçevir Dövlət Universitetinin Xarici Dillər Kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Zenfira Əzizova, şəhər ziyalısı Zahid Qasımlı və digər iştirakçılar da fikirlərini bölüşüblər.
Şərhlər bağlıdır.