Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın müstəqilliyi əbədidir

219

Azərbaycanın müstəqilliyi əbədidir

Oktyabrın 16-da H.Əiyev mərkəzində “Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyətdir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Mingəçevir İH və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirə şəhərin idarə və təşkilat, ictimaiyyət və media nümayəndələri, eləcə də güc strukturlarının rəhbərləri qatılıblar.

Öncə ulu ondərin hərcmərclik dövründə Azərbaycana qayıtması, müstəqil dövlət qurması naminə apardığı işlər, uğurlardan bəhs edən filmə baxış olub.

Mingəçevir İcra Hakimiyyəti başçısının səlahayyətlərini icra edən, birinci müavin İlham İsmayılov  bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edib: “Əslində bu Akt 20-ci əsrin əvvəllərində cəmi 23 ay yaşamış Xalq Cümhüriyyətinin bərpasını rəsmiləşdirdi.  Müstəqilliyimizin ilk illərində Azərbaycan ciddi problemlərlə üzləşdi. O dövrdə ölkə rəhbərliyinin apardığı səriştəsiz siyasət ölkə daxilində ictimai-siyasi sabitliyin pozulmasına, xaos, anarxiya və  özbaşınalığın yaranmasına səbəb oldu. İqsisadi tənəzzül, vətəndaş müharibəsi kimi təhlükələrlə üzləşən Azərbaycan xalqı 1993-cü ilin iyun ayında xilaskarı ulu öndərə üz tutdu. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyevi arzuolunmayan prosesləri dayandırdı. Azərbaycanın tarixində yeni dövr başladı. Qisa müddətdə sabitlik yarandı, ölkə iqtisadi tənəzzüldən xilas oldu, beynəlxalq arenada özünə yer aldı”.

Qeyd olunub ki, 27 ildə Azərbaycan böyük inkişaf yolu keçib, dövlət müstəqilliyini möhkəmləndirib və əbədiləşdirib. Heydər Əliyevin davamçısı, prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində xalqımız üzləşdiyi problemləri dəf edib, inkişaf etmiş dünya ölkələri sırasına çıxıb.

Elmi-nəzəri konfransda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov,  təşkilatın Qadınlar Şurasının sədri Nurcamal Məmmədova Mingəçevir Turizm Kollecinin aparıcı müəllimi Ceyhun Abdullayev  və MDU-nin müəllimi Aygün Qədirova maraqlı fikirlər səsləndiriblər.

Şərhlər bağlıdır.