Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Kür” OTİM-in qarşısında qəza nəticəsində iki qadın ağır yaralandı

Onların “Kür” OTİM-də YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş mini futbol turnirinin acılışında iştirak etmək üçün getdikləri ehtimal olunur

Bu gün, oktyabrın 15-də saat 10 radələrində  “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında ağır nəticələrə səbəb olan yol qəzası baş verib. Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, 99 CB 991 nömrəli KİA markalı nəqliyyat vasitəsi  66 BX 906 nömrəli VAZ markalı maşını, sonra isə yolu keçmək istəyən iki qadını vurub. Hər iki piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Eyni zamanda nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.

Bu gün “Kür” OTİM-də  YAP-ın yaranmasının 30 illiyinə həsr olunmuş mini futbol turnirinin acılışıdır və qəzaya məruz qalan hər iki qadının tədbirdə iştirak etmək üçün gəldiyi bildirilir.

Şərhlər bağlıdır.