Bizimlə həyatınız həmişə işıqlı olacaq!

YAP-ın 30 illiyi şərəfinə Mingəçevirdə mini futbol yarışı keçirilir

Yarışları mingəçevirlilərlə bərabər Ağdaş, Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından gələn azarkeşlər də izləyirlər

323

Oktyabrın 15-də “Kür” Olimpiya Tədris İdman Mərkəzinin zalında mini Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə mini futbol yarışı start götürüb. İlk olaraq Dövlət Himni səslənib. Bundan sonra şəhidlərimiz yad olunub.

YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev,  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Vətən müharibəsində xalqımızın birliyi və iğidlərimizin rəşadətindən danışıb, idmançılara uğurlar diləyiblər.

Mini futbol turnirində Mingəçevir, Ağdaş, Ucar,  Kürdəmir, Göyçay və Zərdab komandaları yarışırlar. Turniri Mingəçevir və Kürdəmir komandaları açıb və mingəçevirlilərin qələbəsi ilə (6:1 hesabı ilə) başa çatıb.

Oktyabrın 16-da da davam edəcək yarışları  mingəçevirlilərlə bərabər ətraf rayonlardan gələn azarkeşlər də izləyirlər.

Şərhlər bağlıdır.