Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əkrəm İmamoğlu seçkiləri bu dəfə də qazandı

Türkiyəin İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə nəticələr bəllidir.  Türkiyə mətbuatı xəbər verir ki, seçki qutularının hamısı açılmasa da, artıq aradakı 777 581 səs fərqi CHP-nin namizədi Əkrəm İmamoğlunun qazandığını deməyə əsas verir. Hazırda səslərin 99,4 faizi sayılıb. Bu nəticələrə görə səslərin 54 faizi (4 698 782) Əkrəm İmamoğluna, 45,1 faizi (3 921 201) isə Binəli Yıldırıma verilib. Əkrəm İmamoğlu çıxış edərək, həmişə yanında olan xanımına və övladlarına, ona inanan məsum cocuqlara və onların valideynlərinə, enerjili gənclərə, ona səs verən və verməyən hər kəsə, bütünlüklə istanbullulara təşəkkür edib.
AKP-nin namizədi Binəli Yılıdırm da çıxış edərək, Əkrəm İmamoğluna uğurlar arzulayıb və ona dəstək olmağa hazır olduğunu bildirib. .

 

Şərhlər bağlıdır.