Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapılıb

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və müharibə bitsə də, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün qismində Naftalan şəhərində məskunlaşıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib. Ailəsi ilə ən son sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb. Anası Tünzalə xanıma mesaj yazaraq, “Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm” deyə yazıb.

 

 

Şərhlər bağlıdır.