3 aprel 2019-cu ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov İH-də könüllülük fəaliyyəti ilə məşğul olacaq gəncləri qəbul edib. Tədbirə dəvət olunmuş könüllülər özlərini təqdim etdikdən sonra başçı bildirib ki, onlar müraciət edən xeyli gəncin içindən seçilib: “İcra Hakimiyyəti könüllülük fəaliyyəti ilə bağlı qanuna və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”na müvafiq olaraq, öz strukturlarında bu fəaliyyətə start verib. Məqsəd gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, yaradıcı və innovativ potensiallarını üzə çıxarmaq, onlara peşə vərdişləri və təcrübi biliklər aşılamaqdır”.
Qeyd olunub ki, 2 ay davam edəcək proqram müddətində gənclər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklər. Müqavilə öhdəliklərini uğurla yerinə yetirənlərə sertifikat veriləcək. Bu da həmin gənclərin növbəti iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq. Yeri gəlmişkən, onlardan intizamlılıq və ünsiyyətcillik, təşəbbüskarlıq, operativlik və təşkilatçılıq, kompüterdə çalışmaq və kollektivdə işləmək bacarığı tələb olunur.
Könülülər Şəhər İcra Hakimiyyətində vətəndaşları qarşılayacaq, müxtəlif xidmətlər üzrə onlara düzgün izah və məlumat verəcək, müraciətlərə əsasən ərizələrin yazılmasında köməklik göstərəcəklər.
Şərhlər bağlıdır.