AzərbaycanMingəçevir

Azərbaycanda taksi sürücüsü: o, nə cür olur?

Maximin mütəxəssisləri tipik taksi sürücüsünün nə cür göründüyü barədə danışdılar: onun adını, yaşını və avtomobilinin markasını bildirdilər.

Azərbaycanda taksi sürücüləri arasında ən geniş yayılmış ad Anar adıdır. Sürücülərin 2%-nin adı məhz belədir. İkinci yerdə Orxan adıdır, bu adı sürücülərin 1,7%-i daşıyır. Sürücülərin 1,5%-in adı Elnurdur. Ən geniş yayılmış adların onluğuna həmçinin Elvin, Samir, Tural, Rəşad, Vüsal, Vüqar və Elçin adları da daxildir.

Taksidə daha çox yaşı 21-dən 35-dək olan gənclər işləyir. Onların sayı yarıdan çoxdur — ümumi sayın 72%-i. Daha az sayı yaşı 36-dan 45-dək olan sürücülər təşkil edir – 20%. Yaşı 66-dan yuxarı olan sürücülərin payına isə cəmi 0,1% düşür.

Taksi sürücülərinin əksəriyyəti şəxsi avtomobillərində işləyir. Çox vaxtı bu, populyar və sınanılmış xarici avtomobillərdir. Birinci yerdə Mercedes C-class yerləşib, onunla sifarişləri yerinə yetirənlərin sayı sürücülərin ümumi sayının təxminən 12%-i təşkil edir. Taksi avtomobili qismində daha az Mercedes E-class avtomobillərini görmək olar, ona üstünlük verənlərin sayı 9%-dir. Üçüncü yerdə Opel Astra-dır, onu taksi sürücülərinin 7%-i seçir. Ən populyar taksi avtomobillərinin siyahısına həmçinin Opel Vectra, Mercedes 190, Daewoo Gentra, Lada 2115 və Daewoo Nexia avtomobilləri düşüblər.

Statistika ölkənin 4 şəhəri üzrə təqdim edilib: Bakı, Gəncə, Mingəçevir və Sumqayıt.

Beləliklə, Azərbaycanda taksi sifariş etsəniz, böyük ehtimalla sürücü Mercedes C-class avtomobilini sürən 35 yaşına qədər Anar adlı bir şəxs olacaq.

 

Mariya Puxova

Maxim” xidmətinin ictimaiyyətlə əlaqələr

şöbəsinin mütəxəssisi

Tag
Daha çox

Oxşar yazılar

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker