Cəmiyyət

“Mingəçevir işıqları” qəzeti GİZ-in müsabiqəsində üç qalibdən biri oldu

Almaniya  Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti  jurnalistlər arasında  miqrasiya hüququ mövzusunda keçirdiyi  müsabiqəyə yekun vurub.  Mart ayından başlayan və mayın sonunda başa çatan müsabiqəyə 9 yazı təqdim olunub. İki ay davam edən qiymətləndirmədən sonra  ekspertlərin rəyi ilə   1-ci yer müstəqil  jurnalist Xalid Kazimova  (“Miqrasiya qanunvericiliyinin qeydiyyat problemi…”),  2-ci yer “Mingəçevir işıqları”  qəzetinin baş redaktoru  Fərman Nəbiyevə  (“ Miqrant,  emiqrant  və  immiqrant ömrü:  xoşbəxt, yoxsa bədbəxt həyat?”), 3-cü yer isə  modern.az  səhifəsinin əməkdaşı  Namidə Kərimovaya   (“Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı ala bilər, amma…”)  verilib.

Bu münasibətlə GİZ-in Bakı ofisinin proqram rəhbəri iyulun 27-də qaliblərlə görüşüb, onlara sertifikatları və 700, 500 və 400 manat məbləğində pul mükafatlarını  təqdim edib.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker