Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Aprel döyüşləri bizim şanlı tariximizdir” devizi ilə

367

Mingəçevir gəncləri aprel şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib, burada uyuyan mərd oğullarımızın məzarlarını ziyarət ediblər. Bundan sonra onlar Mingəçevir Gənclər Evində “Aprel döyüşləri bizim şanlı tariximizdir” adlı tədbirə toplaşıblar. MGE-nin direktoru Tural Kərimov şanlı tariximiz boyu bir çox döyüşlərə şahidlik edən ölkəmiz üçün aprel döyüşlərinin xüsusi bir mərhələ, xarici müdaxilələrə layiqli cavab olduğunu. 8 Mart Beynəlxalq Qadınlar Gününü  şəhid ana-bacıları ilə qeyd etdiklərini və bu kampaniyanın qısa zamanda ölkə üzrə geniş vüsət aldığını diqqətə çatdırıb. Gİİ-nin rəisi Kamal Nəcəfli aprel hadisələrini Qarabağ dərdimizin unudulmadığı, gənclərimizin vətənpərvərlik ruhunun və əqidəsinin yüksək səviyyədə olduğunun bir təzahürü kimi qiymətləndirib. Aprel şəhidimiz Rüstəm Əhmədovun atası Oruc Əhmədov övladı ilə qürur duyduğunu, onun yerini alacaq vətənpərvər ruhlu, cəsarətli gənclərimizin yetişməsinin sevindirici hal olduğunu qeyd edib.

Diskussiya şəraitində davam edən tədbirdə gənclər aprel döyüşləri ilə bağlı hiss və düşüncələrini bölüşüblər. Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov layihə və tədbirlər zamanı gənclərə vətənpərvərlik ruhu aşılamağa çalışdıqlarını, tariximizin xatırlanması, ictimaiyyətə çatdırrılması baxımından bu tip görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Sonda Uşaq Gənclər İnkişaf Mərkəzi dram dərnəyinin metodisti Ülviyyə Kərimovanın rəhbərliyi ilə uşaqlar “Zəfərə doğru”  kompozisiyasını təqdim ediblər.

Şərhlər bağlıdır.