Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Başçı ilə növbəti görüşdə çoxsaylı problemlər qabardıldı

198

3 aprel 2019-cu ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Xətai küçəsindəki 2, 4 və Nəriman Nərimanov küçəsindəki 44 saylı binaların sakinləri ilə səyyari görüş keçirib. Dövlət başçısının son vaxtlar əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə minimum pensiya, əmək haqqı və müavinətləri artırması, banklardan alınan kreditlərin ödənilməsi, zəlzələdən və yanğından zərər çəkənlərə yardımların göstərilməsi istiqamətində atdığı addımlardan və Prezidentin göstərişinə uyğun olaraq belə görüşlərin davamlı olacağından danışan başçı bildirib ki, şəhər sakinlərinin mövcud problemlərin həll edilməsi məqsədi ilə nəzərə çatdırdıqları məsələlər mərhələ-mərhələ öz həllini tapır.

Görüşdə məhəllə sakinlərindən Ənvər Nəsibov, Sahib Məmmədov, Zəfər İbrahimov, Nurlan Əhmədov, Nahid Məmmədov, Rəşad Daşdıyev və başqaları ağacların suvarılması,   mənzillərin istilik sistemi ilə təmin edilməsi, qurumuş ağacların kəsilməsi, binaların girişindəki qapı, pəncərə və pilləkənlərin təmir edilməsi, həyətlərin işıqlandırılması, yaşayış evlərinin qarşısındakı istirahət guşələrində uşaqların əylənməsi üçün qurğuların quraşdırılması, zirzəmilərə dolan suların təmizlənməsi ilə bağlı müraciətlər edib, suallarını ünvanlayıblar. Eyni zamanda bəzi şəxslər İHB-ya  şəxsi xahişlərini çatdırıblar.

Sualları cavablandıran və təklifləri dəyərləndirən  İlham İsmayılov problemlərin həlli üçün idarə, müəssisə və təsərrüfat rəhbərlərinə tapşırıqlarını verib.

Şərhlər bağlıdır.