AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlərYeni xəbərlər

MDU-da Mühəndislik fakültəsində TEC-in VII elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin VII elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə fakültə dekanı, tex.f.d., dosent Vüqar Mustafayev açıb. O, konfrans iştirakcılarına rektor Akif Hacıyevin salamlarını yetirib və konfransın işinə uğurlar dilədiyini qeyd edib. Tələbələrin elmi işlərə marağının sürətlə artdığını diqqətə çatdıran V.Mustafayev kafedraların bu sahədə fəaliyyətini müsbət qiymətləndirmişdir. Fakültə dekanı bildirib ki, tələbələr təcrübəli müəllim heyətinin rəhbərliyi ilə elmi tədqiqat işləri aparırlar. Universitetin rəhbərliyi gənclərə həmişə xüsusi qayğı göstərdiyini, istedadlı tələbələrin elmi-tədqiqat işlərini yüksək qiymətləndirdiyini vurğulayıb. Bu ənənə bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Sonra məruzələr dinlənilib. Mühəndislik fakültəsinin EM17 saylı qrup tələbəsi Ayişə Əliş qızı Malımova “Akustik çirklənmə” (elmi rəhbər dosent Məhyəddin Mehdiyev), EE16 saylı qrup tələbəsi Elsevər Sadəddin oğlu Cəfərli “Elektrik avadanlıqlarının istismar müddəti” (elmi rəhbər müəllim Liliya Çingiz qızı Süleymanova), EM16 saylı qrup tələbəsi Ümman Vüqar qızı Nəbiyeva “Kainatın mavi planeti” (elmi rəhbər dosent Təranə Firqət qızı Yusibova), EE17 saylı qrup tələbəsi Rəvan Əliyar oğlu Əliyev “Günəş ən böyük alternativ enerji mənbəyidir” (elmi rəhbər dosent Vüqar Sabir oğlu Mustafayev), YN16 saylı qrup tələbəsi Elvin Mehman oğlu Həşimli “Avtomobil yollarında “tıxaclar” problemi” (elmi rəhbər dosent Səbuhi Əbdül oğlu Qəhrəmanov), İT17 saylı qrup tələbəsi Aysu Habil qızı Abbaszadə “”Azərenerji”nin idarəetmə sistemində İKT-nin tətbiqi” (elmi rəhbər müəllim Bəxtiyar Səttar oğlu Əliyev) və İE17 saylı qrup tələbəsi Nəsibə Sani qızı Məmmədova “İstilik elektrik stansiyaların ətraf mühitə təsiri” (elmi rəhbər dosent Mahir Balaca oğlu İsmayılov) mövzularında məruzə ilə çıxış ediblər.

Tələbələrin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov və professor Vesyəl Əyyubov çıxış edərək tələbələrə və onların rəhbərlərinə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlarına görə təşəkkür edib və fəaliyyətlərində uğurlar diləyiblər.

Qeyd edək ki, konfransın işində fakültə dekanları, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.

Daha çox

Oxşar yazılar

Close