IKT

Kibertəhlükədən qoruna biləcəyik

Kibertəhlükəsizlik imkanları artırılır

Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kibergigiyena üzrə əməkdaşlıq platformasının yaradılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

EHİM-dən verilən məlumata görə, əməkdaşlıq çərçivəsində qurum və şirkətlərin mövcud və ya yarana biləcək təhlükə, eləcə də risklərdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirlərinin və təlimlərin keçirilməsi nəzərdə tutulub. Müqavilə müvafiq platformanın istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılmasını əhatə edir.

İmzalanma mərasimində

Layihənin icrası çərçivəsində qurum və şirkətlərin əməkdaşlarının kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən ediləcək. Təlim və testlər NATO tərəfindən mükafatlandırılmış Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer”in proqram təminatı vasitəsilə həyata keçiriləcək.

Sənədi EHİM-in direktoru Fariz Cəfərov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Rəis müavini Azər Əhədov və “B.EST Solutions” MMC-nin direktoru Jana Krimpe imzalayıblar.

Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər “ASAN ödəniş”də Artıq müəllimlər bir neçə saata öz saytlarını yarada bilərlər – TƏLİMAT icaze.e-gov.az portalında 956 tədbir qeydiyyatdan keçirilib

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close