IKT

COVID-19 vaksin və ya immunitet sertifikatını “CheckApp” mobil tətbiqi vasitəsilə çevik şəkildə necə yoxlamaq olar?

“CheckApp” mobil tətbiqində QR kod üsulu ilə COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanması daha tez və rahatdır

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) “CheckApp” mobil tətbiqini istifadəyə verib. Mərkəzin nümayəndəsi Aydan Abasquliyevanın “Mingəçevir işıqları” qəzetinə verdiyi məlumata görə, tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır:

  1. Vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatının QR kodunu oxutmaqla;
  2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
  3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
  4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

A.Abasquliyeva bildirib ki, COVID-19 vaksin və ya immunitet sertifikatının QR kod üsulu ilə yoxlanılması digərləri ilə müqayisədə ən çevik metod hesab olunur: “Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək, daxil olmaqla zamanlarına qənaət edə bilərlər. Bu həm də qeyd olunan obyektlərdə növbələrin yaranmasının da qarşısını almış olur. Vətəndaşlardan COVID-19 vaksin və ya immunitet sertifikatının ən yeni versiyasını “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən yükləmələri xahiş olunur”.

Həmçinin, “CheckApp” mobil tətbiqi vasitəsilə xarici vətəndaşların da COVID-19 pasportlarını yoxlamaq mümkündür. Yoxlama xarici vətəndaşın pasportu və doğum ili vasitəsilə həyata keçirilir.

COVID-19 pasportu “CheckApp” mobil tətbiqi ilə yoxlanılacaq COVID-19-dan necə qoruna bilərik? COVID-19 sertifikatları artıq “myGov”da

 

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close