İsmət Qayıbov və Dilarə Əliyeva küçələrində nə çatışmır?
İcra Hakimiyyəti başçısı avqustun 7-də 7 nömrəli məktəbin foyesində D.Əliyeva küçəsindəki 1 və 2, İ.Qayıbov küçəsindəki 3, 3/1 və 6 saylı binaların sakinləri ilə görüşüb. Son vaxtlar mövcud ərazidə abadlıq-quruculuq işləri həyata keçirilib. Belə ki, binaların fasadları qaydaya salınıb, həyətlərdə oturacaqlar qoyulub, ağacların dibləri bellənib və sulanıb, gövdələri ağardılıb. Mingəçevir Şşəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov sakinlərə ölkədə və Mingəçevirdə həyata keçirilən əməli işlər barədə məlumatlar verib.
Görüş iştirakçıları İ.Qayıbov və D.Əliyeva küçələrində məhəllədaxili işıqlanmanın olmaması, Heydər Əliyev parkında içməli suya, söhbətgah və oturacaqların qoyulmasına, parkın mərkəzində yeni musiqili fəvvarə yaradılmasına, istilik sisteminin bərpasına ehtiyac duyulduğundan danışıblar. Eyni zamanda xeyir-şər mağarlarının qaydaya salınması, ağacların vaxtlı-vaxtında suvarılması və fasad hissələrinə pəncərələr qoyulmuş binaların çöl hissədən təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
İlham İsmayılov idarə, müəssisə, təşkilat rəhbərlərinə problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verib və sakinləri əmin edib ki, qaldırılan məsələlər nəzarətə götürülərək öz müsbət həllini tapacaq.
Şərhlər bağlıdır.