Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İşıqlı Gələcək” şəhər birincisi oldu

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 26-dan iyunun 7-dək Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə müəssisə, təşkilat və MİS-lərin komandaları arasında şəhər birinciliyi keçirilib. Yarışın əsasnaməsinə uyğun olaraq, iki yarımqrupda 10 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Qrupda 1-2-ci yeri təmin etmiş komandalar yarımfinal və final oyunlarına vəsiqə qazanıblar.

İyunun 7-də final oyununda “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi  “Zülfüqar-1” komandası ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə udaraq, şəhər birincisi olub. “Zülfüqar-1” ikinci, Qaz İstismar İdarəsinin futbol komandası isə üçüncü yerdə qərarlaşıblar.

Qalib komandalara şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi mükafatlar- kubok və diplomlar, eyni zamanda idman geyimləri  təqdim olunub. Çempionat ərzində daha çox fərqləndiklərinə görə “İşıqlı Gələcək” komandasının üzvləri Füzuli Bayramov və Əli Hüseynov ən məhsuldar oyunçu və müdafiəçi adına layiq görülüblər. Onlara da fəxri fərmanlar verilib.

Qeyd edək ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Futbol İdman Klubunun komandası artıq 2-ci dəfədir ki, şəhərimizdə təşkil olunan futbol yarışının qalibi olur.

Mahir Əliyev 

Şərhlər bağlıdır.