Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan vətəndaşı Ermənistandan repatriasiya olundu

186

BQXK-dan aldığımız məlumata görə, Beynəlxalq sərhəddi 7 iyun 2016-cı il tarixdə keçən mülki Azərbaycan vətəndaşı bu gün  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunmuşdur. O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilmişdir. 

BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı oldu. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkmişlər.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

 

Şərhlər bağlıdır.