AzərbaycanKriminalMingəçevir

Sumqayıt sakini üzərində narkotika ilə Mingəçevirdə yaxalandı

Sumqayıt şəhər  sakini, əvvəllər məhkum olmuş Əmiraslanov Şəmşir Hümbət oğlu Mingəçevirə, mağazalardan birinə oğurluq məqsədi ilə gəlmişdi. Mingəçevir şəhər polis şöbəsinin  cinayət –axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat – axtarış tədbirləri nəticəsində Şəmşir Hümbətov  şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Bu barədə  şöbənin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kərim İsmayılbəyli məlumat verib: “Saxlanılan şəxsin üzərində axtarış keçirilən zaman üzərindən təmiz çəkisi 41,594 qram olan narkotik vasitə – tiryək, təmiz çəkisi 0,65 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmçinin bir ədəd bıçaq aşkarlanaraq götürüldü. Şəxs ilkin sorğusu zamanı şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq etmək üçün gəldiyini bildirdi”.

Faktla bağlı istintaq davam etdirilir.

Tag
Daha çox

Oxşar yazılar

Close