Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İnsanların 90 faizi sosial mediadadır

İnternet icad olunandan artıq qitələr birləşib. İndi insanların əksəriyyəti internetdədir və onların ağlının bir ucu burada baş verənlərlə bağlıdır. Ənənəvi media da, sosial media  da, bizi izləyən insanlar da burdadır

 

İnsanlar həmişə doğru məlumat axtarıblar

Bəs qədimdə insanlara bu məlumatlar necə verilirdi? Filmlərə baxanda görürük ki, padşahın fərmanlarını saray əyanları meydanda elan edərdilər. O zamanlar meydan informasiyanın ilk yayıldığı məkan idi.
Çap maşınının ixtira olunması, kitab və qəzet çapı o dövr üçün böyük inqilab idi. Teleqraf icad olundan sonra isə informasiya ötürmək imkanları artdı. Əslində teleqrafın mahiyyəti bu idi ki, bir qitədən digərinə məlumatı anında ötürə bilsinlər.
Ondan sonra radio, televiziya texnologiyaları yarandı. Print çapında söz, radioda səs, TV-də isə görüntü əsas idi və bu gün də elədir. Bunlar ənənəvi jurnalistikanın alətləri hesab olunur.

Hamımız sosial mediadayıq

Ənənəvi mediadan niyə uzaqlaşırıq?

Rəqəmsal jurnalistika bizə bu alətlərin hamısından eyni zamanda istifadə etmək imkanları açdı. Siz print mediada 5 səhifədə, TV-də 3 dəqiqədə və yaxud radioda 2 dəqiqədə dediyinizi onlayn mediada vizual sözləri, audio-video və qrafikləri bir-birinə calaşdırmaqla kiçik bir yazıda (hətta yarım səhifədən də az) göstərə bilərsiniz. Belə imkanlar isə insanları get-gedə qəzet və jurnallardan, hətta TV və radiodan soyutmaqdadır. İndi əksəriyyət hesab edir ki, ona lazım olanı əziyyət çəkmədən social mediada tapa bilər.

Paytaxtdan kənarda rəqəmsallaşmaya “at arabası ilə” gedirlər Kağız daşıyıcılardan reaktiv xidmətlər dövrünə “Nağdsız Azərbaycan”a doğru

 

Şərhlər bağlıdır.