İmkanlı şəxslərin köməyinə ehtiyacı olan əlacsız ailə
Mingəçevirdə iki az yaşlı körpə səhhətindəki xəstəliklə bağlı göz görə-görə valideynlərinin imkansızlığı ucbatından şam kimi əriyir. Nuranə Əhmədovanın dediyinə görə, 2 yaş yarım olan oğlu ürək qüsurludur, 1 yaş yarım qızı isə beyin iflicindən əziyyət çəkir. Ailə evi olmadığına görə Nuranə xanım anasının həyətindəki balaca şəraitsiz daxmada yerləşib.
Nuranə xanımın həyat yoldaşı 3-cü qrup əlildir. Orda-burda işləməklə ancaq gündəlik çörək pulunu qazana bilir.
Neftçilər xəstəxanasında ürək qüsuru olan uşağın əməliyyatına boyun olublar, lakin tələb olunan maliyyəni tapa bilmədiklərindən əməliyyat hələ ki, baş tutmayıb. Ailə ünvanlı sosial yardım almaq üçün də müraciət edib. Lakin bildiriblər ki, onlara ünvanlı sosial yardım düşmür.
Nuranə xanım onu da bildirdi ki, anası hər gün onun-bunun qapısında ev işləri görməklə onlara kömək edir: “Uşaqlarım səhərə qədər yatmır, ağlayırlar. Daxmadakı rütubət səhhətlərinə pis təsir edir. İmkanlı şəxslərdən kömək umuruq”.
Şərhlər bağlıdır.