Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Goranboyda sevginin gücü

80 yaşlı Cahangir Quliyev sevdiyi qadına sadiqlik nümayiş etdirir.  Belə ki, 54 il öncə ailə quran Goranboy sakini dünyasını dəyişən həyat yoldaşından cismən ayrılsa da rühən onunladır. O, bildirdi ki,4 il öncə ömür-gün yoldaşı dünyasını dəyişib: “Ondan ayrı qalmamaq üçün  xanımıma məzar daşı hazırladan zaman öz şəkilimi də baş daşının yanında çəkdirdim. Düzdür, bu addımım görənləri təəccübləndirdi. Mən hər kəsə bildirdim ki, təsəllimi bununla alıram. Bu yaşda baş yoldaşını itirmək kişi üçün böyük bir dərddir. Oğula, gəlinə möhtac qalırsan. Hər gün bu məzarlığa gəlirəm, burada təmzilk işləri aparıram və beləcə onu da tək qoymuram. Biz istəkli olub ailə qurmuşuq. Bu sevgi uzun müddət-50 il davam etdi və bizi bir-birimizdən ölüm ayırdı”.

Ahıl kişinin  yaşının bu cağında sevgisinə sadiqlik göstərməsi  gənclərimizə bir örnəkdir.

Şərhlər bağlıdır.