İHB yanında şuranın növbəti iclası keçirilib
Avqustun 20-də maraqlı tərəflərin iştirakilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında 3 məsələ müzakirə olunub. İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri İlqar Pirməmmədov Mingəçevir şəhərində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan şəxslər barədə məlumatların toplanması haqqında məruzə edib. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev şəhər ərazisində ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində abadlıq, təmizlik işlərinin aparılması və ya yaşıllıq zolaqlarına qulluğun vəziyyətindən danışıb. İH başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova isə ”DOST iş mərkəzi” MMC tərəfindən 23.07-25.07.2019-cu il tarixlərində idarələrə təhkim olunan sosial işçilərin dəvamiyyəti üzrə aparılan monitorinqin nəticələrini açıqlayıb.
İH başçısı İlham İsmayılov tədbirə toplaşan hər kəsdən müzakirə olunan məsələlərə məsuliyyətlə yanaşmağı tələb edib.
Şərhlər bağlıdır.