İcra başçısı jurnalistlərə təbrik məktubu göndərdi
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mətbuat nümayəndələrinə məktub yollayıb. Onlara ölkəmizdə və eləcə də şəhərimizdə baş verən hadisələri obyektiv işıqlandırdıqlarına görə təşəkkürünü bildirən başçı Azərbaycan mətbuantının yaranmasının 145 illiyi ilə bağlı təbriklərini də çatdırıb.
Məktubda həm də deyilir ki, jurnalistlərin yaxın dostu, ölkə başçısı cənab İlham Əliyev hər zaman Azərbaycanda mətbuatın inkişafına diqqətlə yanaşmışdır: “Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur, medianın sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı dünyaya gözəl nümunədir”.
Şərhlər bağlıdır.