Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçısı dedi ki, Mingəçevirin bütün küçələri nura boyanacaq

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yerlərdə keçirdiyi səyyar görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar görüş şəhərin 3 saylı məktəbinin akt zalında keçirilib. Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.
Səyyar görüşü şəhər  İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin əvvəlindən ölkədə böyük sosial paket həyata keçirilir: “Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində yeni-yeni sərəncamlar imzalayır. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.  Bütün bunlar son illər ərzində cənab Prezident tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsidir və ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini göstərir”.
Sonra  başçı  şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən danışıb.
Sakinləri son vaxtlar  şəhərdə  icra olunan layihələrdən razılıqlarını ifadə edib,  Mingəçevirin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələləri dilə gətiriblər. Onlar əsasən  mənzillərin istilik sistemlərinin bərpası, binaların nasaz su-kanalizasiya xətlərinin yenilənməsi, küçələrin işıqlandırılması, tüstü bacalarının təmizlənməsi, yeni iş yerlərinin açılması barədə fikirlərini çatdırıblar.
Hər bir məsələyə münasibətini bildirən başçı problemlərin həlli istiqamətində tədbirlərin  görülməsi üçün aidiyyatı qurumlara tapşırıqlar verib. İlham İsmayılov onu da vurğulayıb ki, şəhər ərazisində abadlıq-quruculuq işləri bundan sonra da  davam etdiriləcək, eyni zamanda şəhərdə işıqlandırılmayan küçə qalmayacaq: “Mingəçevir nur şəhəridir, ona görə də bütün küçələri nura boyanacaq”.

Şərhlər bağlıdır.