Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Eyvandan mənzilə girdilər və 3 min manat dəyərində qızıl-zinət əşyalarını apardılar

189

Mingəçevirdə M.Vidadi küçəsindəki 4 saylı evin 27-ci  mənzilindən qızıl-zinət əşyaları ilə birlikdə gümüş aksesuarları da oğurlanıb. Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya 3 min manat dəyərində ziyan dəyib. Zərərçəkənin dediyinə görə, ad günü qonaqlığından evlərinə qayıdarkən eyvanın pəncərələrinin açıq olduğunu görüblər: “Oğurluqdan bir neçə gün öncə mənzilimin qapısına açar salınmışdı”.

Oğurluqla bağlı şəhər polis şöbəsi araşdırma aparır.

APA TV-nin hadisə yerindən çəkdiyi süjeti təqdim edirik.

https://youtu.be/ooz9zjlVKIE

Şərhlər bağlıdır.