Mi-TVMingəçevirVideo

Ötən il oktyabrın 4-də Mingəçevirdə 45 təsərrüfat və bir yük maşını dağıntılara məruz qalıb

2020-ci il oktyabrın 4-dən başlayaraq Mingəçevirə dəfələrlə düşmən tətəfindən raketlər atıldı

Bir il öncə oktyabr ayının 4-də düşmən Mingəçevir şəhərini raket atəşinə tutdu. Düşmən öz terror cəhdini həyata keçirmək üçün axşam saatlarını seçmişdi.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, mülki obyektləri və dinc əhalini daim terror hücumuna məruz qoyan Ermənistan ordusu bu dəfə ölkənin dördüncü böyük şəhərini hədəf çevirdi. Çünki ölkənin ən böyük enerji obyekti olan Azərbaycan İstilik Elektrik stansiyası, eləcə də yüksək hündürlüklü strateji su bəndi məhz bu şəhərdə yerləşirdi. Eyni vaxtda atılan raketlərdən biri Energetiklər yaşayış sektorunda yerləşən Bozdağ fərdi təsərrüfatlar massivinə, digəri isə stansiyada birinci enerji blokunun önünə düşdü və partlamadan yerə saplandı.

Massivdə partlama nəticəsində irili-xırdalı 45 təsərrüfat və bir yük maşını dağıntılara məruz qaldı. Ən çox zərər görən isə Bağırovlar ailəsi oldu. Nabat Bağırovanın özü oğlu nəvəsi və yeznəsi ciddi xəsarət alıb. Qonaqlarının “Kamaz” markalı yük maşını ikiyə bölünüb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close