QHT

GMO-nu həyatımızdan necə çıxarmalı?

Bu barədə Mingəçevirdə təşkil edilən dəyirmi masada ətraflı bəhs olunub

Son illər müasir biotexnologiya üsulu ilə genetik baxımdan yaxın və çox uzaq olan müxtəlif növlərin arasında (heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana) genlərii köçürülməsi  sürətlə yayılıb.  Buna haqq qazandıran GMO mühəndisləri bəzi növ pomidor və çiyələklərə  şaxtaya davamlı olması üçün kambala balığının,  kartofa əqrəbin,  düyüyə və donuza insanın  geni vururlar. Nəticədə həmin məhsulu yeyən insanın gen koduna bu heyvanın geninin  oturması onun  sağlamlığında, davranışlarında və xarakterində fəsadlara gətirib çıxarır.

Bu barədə  Mingəçevirdə təşkil edilən dəyirmi masada ətraflı bəhs olunub. “Eko-TES” Ekoloji Tədqiqatlar  və Maarifçilik İctimai Birliyinin sədri Çingiz  Nəzərov deyib ki, onun rəhbərlik etdiyi təşkilat  son üç ildə GMO-nun zərəri ilə bağlı davamlı layihələr icra edir. Ç.Nəzərovun  sözlərinə görə, rəhbərlik  etdiyi təşkilat  bu ilin may ayından Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “Sağlamlığımız  düzgün qidalanmağımızdan asılıdır” adlı növbəti layihəsini icra edir: “Biz indiyədək Mingəçevir Televiziyasında 3 saata qədər efir vaxtından istifadə etmişik . Bu verilişlərdə tanınmış ekoloqlardan Telman Zeynalov, İrşad Abbasov və başqaları iştirak ediblər. Məqsəd  GMO və qida əlavələri barədə əhalini maarifləndirməkdir.  ”

Ç.Nəzərov onu da diqqətə çatdırıb ki,  dünyanın 98 faizi artıq GMO məhsullarının yayılmasına məruz qalıb və bu, beynəlxalq təşkilat olan “Greenpeace”in məlumatında da əksini tapıb:  “GMO ilk dəfə 1973-cü ildə Salmonella genlərinin E-Coli bakteriyasına köçürülməsi nəticəsində əldə edilib.  1983-cü ildə transgen bitki, 1987-ci ildə transgen heyvan yaradılıb, 1996-cı ildən isə GMO məhsulları  bazara çıxarılıb. ABŞ-ın “Monsanto” şirkətinə   belə məhsulların satışı  milyardlarla dollar qazandırıb. Təəssüf ki, “Monsanto” şirkətinin isrehsal etdiyi toxumlar Azərbaycan çox baha qiymətə alınır. Azərbaycanda bitən qarpızları “amerikanka” adlandırırlar.  Avropalı fermerlərin etirazına baxmayaraq,  “Amflora” adlı transgen  kartof növü Avropa Birliyinin bir çox ölkələrində əkilmək üçün “məsləhət” bilinib”.

Mingəçevir Bələdiyyəsinin üzvü Z.Qasımlının fikrincə,   Azərbaycanda 2007-ci ildən “Ekoloji kənd təsərrüfatı haqqında”, son vaxtlar isə “Mədəni bitkilərin  genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlar  qəbul edilsə də, icrası lazımi səviyyədə təmin  olunmur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Qərib  Abdullayev Avropa ölkələrində transgen orqanizmlər üzrə çox ciddi biotəhlükəsizlik sistemi qurulmasından,  diolotoloq-həkim Eldar Allahverdiyev   geni dəyişdirilən məhsulların  insanın immun sistemini zəiflətməsindən, orta məktəb müəllimi Tahirə  İbrahimova  isə gənc anaların övladlarını ana südü ilə deyil, sağlamlığa mənfi təsir edən  uşaq yeməkləri ilə böyütməsindən danışıblar.

Daha çox

Oxşar yazılar

Close