Hüquqi yardım almaq istəyirsən? Onda bizə müraciət et!
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsinin icrasına başlayır. Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti açılacaq, Mingəçevir, Ağdam, Bərdə və Yevlax dan olan aztəminatlı ailələrə, o cümlədən məcburi köçkünlərə sosial məsələlər üzrə məsləhətlər veriləcək, xüsusən qanunvericiliyin tələbələri, iddia ərizələrinin formaları və məhkəməyə müraciətetmə qaydaları izah ediləcək, pozulmuş hüquqların inzibati və məhkəmə qaydasında müdafiəsinə yardım olunacaq.
Arzu edənlər MVA-nın hüquqşünası İnqilab Həsənova müraciət edə bilərlər.
Ünvan: Heydər Əliyev prospekti, 28/12 (2-ci mərtəbə), Mingəçevir şəhəri
Telefon: 024 2744811
MVA İB-nın rəhbərliyi
Şərhlər bağlıdır.