Bizimlə həyatınız həmişə işıqlı olacaq!

UYM-nin “Sevinc” rəqs qrupu Türkiyədən qayıdıb

23 aprel hər il Türkiyədə Milli suverenlik və uşaq bayramı günü kimi qeyd edilir. Bu zaman Türkiyənin hər bir tərəfində bir bayram coşqusu yaşanır. Bu bayrama dünyanın müxtəlif ölkələrindən olan uşaqlar da qatılır. Bu il də Azərbaycandan olan uşaqlar bu tədbirə qatılıb. Bakı məktəbliləri ilə yanaşı Mingəçevir və Quba Uşaq Yaradıcılıq Mərkəzinin (UYM) “Sevinc” rəqs qrupunun kollektivi başda rəqs dərnəyinin müəllimi Mələk xanım Tağıyeva olmaqla aprelin 18-də Türkiyənin Quşadasına yola düşüb.
5 gündən sonra nəhayət bu gün festivaldan qayıdan uşaqlar öz sevinclərini bizimlə bölüşüb. “Sevinc”rəqs qrupunun üzvləri bildiriblər ki, ilk dəfədir Türkiyədə olublar^ “Festival ərəfəsində özümüzə çoxlu dostlar qazandıq. Çox böyük təəssüratla qayıtdıq. Hətta festivala qatılan ölkələrdən dəvətlər də aldıq”.
Uşaqların sevincinə şərik olan valideyinlərdən Gülafət Mehdiyava bu festivalda onların uşaqlarına dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirib.
UYM-nin direktoru Ədalət Quliyevanın dediyinə görə, çoxdankı arzuları reallaşıb: “Həmişə qardaş ölkədən dəvətlər alırdıq, lakin maddi imkan ucbatından uşaqları bu festivallara apara bilmirdik. Bizə dəstək olan iş adamlarına kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.Uşaq Yaradıcılıq Mərkəzi məktəbdən kənar müəssisə olsa da, həm yerli, həm də beynəlxalq tədbirlərdən kənarda qalmır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Çalışırıq ki, mərkəzimizdə yaradılan dərnəklərdən onlar səmərəli istifadə etsinlər”.

Şərhlər bağlıdır.