Heydər Əliyev Mingəçevirdə anıldı
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində “Xalqın əbədiyaşar lideri” mövzusunda elmi-nəzəri konfrans keçirib. Tədbir iştirakçıları konfransdan öncə şəhər ictimaiyyəti nümayəndələri ilə birgə ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, dərin ehtiramlarını bildiriblər. Sonra Mərkəzin foyesində H.Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, bu günkü qüdrətli, müstəqil, daima dinamik inkişaf edən Azərbaycan dövlətinin təməlini Heydər Əliyev keçən əsrin altmışıncı illərində qoymağa başlayıb: “O, öz xalqının təkidi nəticəsində yenidən hakimiyyətə gələrək, müstəqilliyimizi nəinki yenidən qurdu, hətta dövlətimizin inkişafına nail ola bildi”.
Natiq eyni zamanda diqqətə çatdırıb ki, ulu öndərin uğurlu siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin səyi hesabına Azərbaycan regionda ən qüdrətli ölkəyə çevrilib.
Sonra konfransın gündəliyinə əsasən söz məruzəçilərə verildi. YAP Mingəçevir şəhər təşkilatının sədri, Cavanşir Yusubov “Ümummilli lider Heydər Əliyev əməlləri ilə qəlblərdə əbədiyaşar siyasətçidir”, Mingəçevir Turizm Kollecinin şöbə müdiri Aynurə Abasova “Ulu Öndər Heydər Əliyev tarixin yetişdirdiyi güclü şəxsiyyət və böyük siyasi xadim idi”, Mingəçevir Dövlət Universitetinin dekanı, dosent, Nüşabə Qədimli, “Heydər Əliyev müstəqil dövlətçiliyimizin banisi, xalqımızın əbədi lideridir”, Mərkəzi xəstəxananın həkimi Elxan Cəfərov “Ulu öndər Heydər Əliyevin siyasi ideyaları müasir uğurlarımızın əsas təminatçısıdır” mövzusunda çıxış ediblər.
Konfransdan sonra ehsan süfrəsi verilib.
Şərhlər bağlıdır.