Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Heydər Əliyevin 99-cu ildönümü Mingəçevirdə silsilə tədbirlərlə yadda qalıb

Mingəçevirdə “Heydər Əliyev - əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyət” mövzusunda video-konfrans keçirilib

Öncə ulu öndərin abidəsi ziyarət olnub, adını daşıyan mərkəzdə sərgiyə, həyat və fəaliyyətini əks etdirən filmə baxış keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov 99 il qabaq dünyaya göz açan Heydər Əliyevin Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətçiliyimizin memarı olduğunu deyib, onun zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi xidmətlərdən söhbət açıb.

Konfransda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu dövlətinə və xalqına xidmət göstərən hər bir şəxs üçün örnəkdir”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev – müstəqilliyimizi əbədi və dönməz edən tarixi şəxsiyyət”, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov “Ümummilli lider Heydər Əliyev milli vətənpərvər Azərbaycan gəncliyinin formalaşdırılması siyasətinin yaradıcısıdır”, Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev “Bu gün əldə edilən zəfərlərimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət siyasətinin nəticəsidir” mövzularında məruzələr ediblər.

Şərhlər bağlıdır.