Cəmiyyət

Haqq-ədalət zəfər çaldı

Qızıl hərflərlə tarix yazmış Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdi

Biz niyə 1-ci Qarabağ savaşında uduzduq? Çünki o vaxt hakimiyyətdə olan AXC və Müsavat ikiliyi torpaqların alınması üçün heç bir iş görməmişdir. Lakin bu gün Ali Baş Komandanın yürütdüyü məqsədyönlü və ağıllı siyasət nəticəsində o tarix təkrarlanmadı və əksinə, xalqın igid sərkərdəsinin başçılığı altında Azərbaycan torpaqlarının hər bir qarışı mənfur düşməndən tam azad olundu.

Qızıl hərflərlə tarix yazmış Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdi. Çünki haqq-ədalət bizim tərəfdə idi. Canlarını əsirgəməyən Azərbaycanın qəhrəman övladları şərəfli şəhidlik zirvəsinə ucaldılar. Haqlı olaraq hərbiçilərimizin çoxu vətənin orden və medalları ilə təltif olundular.  Azərbaycan dövləti qələbənin əldə olunması üçün son 17 ildə həm beynəlxalq müstəvidə, həm də iqtisadi sahədə, ordu quruculuğunda çox mühüm işlər görmüşdür. Əsas məsələ isə layəqətli, vətənpərvər nəsil yetişdirmişdir. Təsəvvür edin ki, heç vaxt Qarabağ torpağını görməyən gənclər o torpaqlar uğrunda canlarından belə keçirdilər.

44 günlük müharibədə Ermənistan bizi çox təxribata çəkmək istədi. Oradan atılan raketlər Gəncə, Naftalan,  Mingəçevir şəhərləri, Tərtər, Bərdə, Goranboy, Ağdam və Füzuli rayonlarının bir çox yerlərini darmadağın etmişdir. Ancaq Azərbaycan ordusu səbr göstərərək torpaqları azad etdi. Biz əgər erməni torpaqlarına keçsəydik, hadisələr başqa cür cərəyan edərdi. Ali Baş Komandanın rəhbərliyi ilə düzgün addım atıldı. Bu gün Ermənistanda böhran daha da ağırlaşır. Əhalinin xaricə sürətli axını başlayıb.

30 ilə yaxın idi ki, rəsmi İrəvan bu məsələdə riyakarlıq göstərirdi. Bu müddət ərzində Minsk qrupu da heç bir iş görməmişdir. Çünki məsələnin müsbət həllinə heç bir maraq yox idi. Məqsədləri o idi ki, bizim torpaqları daimi işğal altında saxlasınlar. Hətta onlar işğalçı Ermənistana uzun illər təmənnasız silah verirdilər. Ancaq güclü Azərbaycan ordusunun qarşısında bunlar heç bir fayda vermədi. Azərbaycanın yolu haqq yolu idi.

Bu gün Cənab Ali Baş Komandanın rəhbərliyi altında şəhid və qazi ailələrinə, o cümlədən müharibə iştirakçılarına çox böyük dəstək var. Belə ki, xalqın həssas qrupu olan bu əhaliyə maddi və mənəvi köməkliklər göstərilir.

FHN-in Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

 

Daha çox

Oxşar yazılar

Close