Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Su hövzələrindən qanunsuz balıq torları yığışdırılıb

Mingəçevir və ona bitişik su hövzələrindən qanunsuz balıq torları yığışdırılıb. Aldığımız  məlumata görə,  Su nəqliyyatı polisi Mingəçevir xətt polis məntəqəsi əməkdaşları 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ilə birgə qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçirib.Aparılan müşahidə və əməliyyat tədbirləri nəticəsində Mingəçevir Su Anbarından 1500. Kür çayı ərazisindən isə 150 metr uzunluğunda qanunsuz balıq torları aşkarlanaraq yığışdırılıb.

Şərhlər bağlıdır.