Mingəçevirdə 36 yaşlı kişi döyülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin məlumata görə, görüntüsünü icazəsiz sosial şəbəkəyə yerləşdirilməsi onun ciddi etirazına səbəb olub. Görüntüsünün tik-tokdan yığışdırılması tələbini dinləməyən tanıdığı şəxs onu döyərək çoxsaylı bədən xəsarətləri yetirib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.