“Şəhidimiz” kampaniyası çərçivəsində gənclər şəhid ailələrini ziyarət edib
“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və Mingəçevir Gənclər Evi və digər könüllü təşkilatlarının iştirakı ilə “Şəhidimiz” kampaniyasına start verilib. Gənc könüllülər əvvəl Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra şəhid ailələrinə baş çəkiblər. “Şəhidimiz” kampaniyası çərçivəsində respublikanın 17 şəhər və rayonunda 147 şəhid ailəsi ziyarət edilib, onlarla həmrəylik nümayiş olunub.
Şəmsiyə ƏDİLOVA
Şərhlər bağlıdır.