Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Sabahın seçimi” gənclər təşəbbüsü ən ağır mövzunu müzakirəyə çıxarıb

Education Hub-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün “İNKİŞAF ZAMANI” proqramı həyata keçirilir. Proqram  çərçivəsində reallaşan “Sabahın seçimi” gənclər təşəbbüsü son illərin ən ağrılı mövzusu olan kriminal həyat tərzinə olan maraqların yaranma səbəblərindən  və onların bu maraqlardan uzaqlaşdırılması yollarından bəhs edir. Təşəbbüs zamanı  problemin yaranma səbəbləri, habelə  yeniyetmələr arasında kriminal həyat tərzinin bir növ “trend”ə çevrilməsi, onların belə həyat tərzi keçirən insanları özlərinə örnək götürməsi və bu nümunəni öz həyatlarına tədbiq etməyə çalışmaqları müzakirə mövzusu olmuşdur.

Təşəbbüs 2 mərhələdən ibarət olub. İlk mərhələsində həbsxana mövzusunda qısametrajlı sənədli film hazırlanıb.

Növbəti  mərhələdə Bakı məktəbliləri üçün hüquqi və  psixoloji təlimlər keçirilib. Təşəbbüsün reallaşdırılması Milli Hüquq Evi, “Yeni Yol” Gənclərin maarifləndirilməsi İB, Loqos Psixoloji və Nitq mərkəzi, Aran sənədli filmlər studiyası və Sabunçu Gənclər Evi ilə tərəfdaşlıqda baş tutub.

Şərhlər bağlıdır.